Avropa İttifaqı Polşa fermerlərinə 1,4 milyard avro yardım ayıracaq
Bakı, 24 fevral, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Ukrayna ixracatından əziyyət çəkən polşalı fermerlərə Avropa büdcəsindən 1,4 milyard avro məbləğində vəsait ayırmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Polşada keçirilən mətbuat konfransında bildirib.
“1,4 milyard avroluq vəsaitdən Polşa fermerləri ən qısa müddətdə istifadə edə biləcəklər. Bundan sonra da yardımlar davam etdiriləcək” – o, deyib.
Lakin AK rəhbəri diqqətin Ukraynaya yardım olunmasına yönəldilməsinin zəruriliyini də qeyd edib: “Biz sizin problemlərinizi dinləyirik və fəaliyyətə keçirik. Ancaq səylərimiz Ukraynaya yardım göstərilməsinə cəmlənməlidir. Bu, bizim üçün çox vacibdir”.
Fevralın 9-da Polşa fermerləri Ukrayna ilə sərhəddə genişmiqyaslı etirazlara və keçidlərin blokada edilməsinə başlayıblar. Onlar Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarının idxalının məhdudlaşdırılmasını və ya tamamilə qadağan edilməsini, yerli heyvandarlığa dəstəyin gücləndirilməsini tələb edirlər və 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı nəzərdə tutan Avropa İttifaqının "Yaşıl kurs" strategiyası ilə razılaşmadıqlarını bildirirlər. Etiraz Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən dəstəklənib. Fevralın 27-də polşalı fermerlər digər Aİ ölkələrindən olan həmkarlarının qatılacağı “Varşavaya yürüş” aksiyası təşkil edəcəklər.
Qazaxıstan Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər hazırlayır
“Bloomberg”: Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Tramp: Bütün girovlar azad edilməsə, İsraillə HƏMAS arasında atəşkəs razılaşması ləğv edilməlidir
Tədqiqat: Səhər saatlarında psixi sağlamlıq və xoşbəxtlik daha yüksək olur
Avropol məktəbdə baş vermiş atışmanın araşdırılmasında İsveç polisinə kömək edir