Lənkəranda baş verən qəzada piyada ölüb
Lənkəran, 23 fevral, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Şağlaser kənd sakini Əsgər Səyadullanın idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi vurub. Piyada F.Paşayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən Ə.Səyadulla şübhəli şəxs qismində saxlanılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə, hadisəyə səbəb əlverişsiz hava şəraiti olub.
Faktla bağlı araşdırma başlanılıb.
Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib
Göyçayda sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb