Masallının Dico və Ulum kəndlərinə ilk dəfə elektrik enerjisi veriləcək
Masallı, 23 fevral, İlkin Adıyev, AZƏRTAC
Masallının ucqar dağ kəndləri olan Dico və Ulum kəndləri ilk dəfə elektrik enerjisi ilə təmin olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən sözügedən kəndlərə elektrik enerjisi xəttinin çəkilməsi istiqamətində qərar qəbul edilib. Rayon mərkəzindən 20-25 kilometr aralıda yerləşən Miyankü kənd inzibati ərazi dairəsinə daxil olan Dico və Ulum kəndlərinin yaxın zamanda elektrik enerjisi ilə təmin olunması prosesinə başlanılacaq.
Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal
Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB
Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub