×
A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universitetinin 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı təsdiqlənib

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri müzakirə olunub. Bundan başqa, AzTU-nun 2023-cü ildə elmi-tədqiqat və innovasiya fəaliyyəti barədə hesabat dinlənilib. İclasda “AzTU-nun 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı” təsdiqlənib.
Daha sonra cari məsələlərə baxılıb.

Elm və təhsil 2024-02-23 21:06:00