AzTU SAP Universitetlər Alyansına üzv oldu
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planalaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyansına üzv olub. Alyansın məqsədi SAP-ın məhsulları, şirkətin tədris və tədqiqat sahələrində həyata keçirdiyi layihələr barədə üzv universitetləri məlumatlandırmaq və onlarla birgə təşəbbüsləri həyata keçirməkdir.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, AzTU-nun üzv seçilməsi və bununla bağlı imkanların müzakirəsi məqsədilə Alyansın region üzrə meneceri Yuri Kuprianovun iştirakı ilə universitetdə görüş keçirilib. Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, universitetin İctimai şurasının sədri Osman Gündüz, İqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov, Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının professor-müəllim heyəti iştirak edib.
Söhbət zamanı Alyansın universitetlər üçün yaratdığı imkanlar, habelə AzTU-nun professor-müəllim heyəti, tələbələr və tədqiqatçıların fevral ayından başlayaraq SAP-ın qlobal təlim sessiyalarına cəlb olunması və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib
“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib
BMU ilə Tsinghua Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
İyulun 16-18-də Bakı İlahiyyat Kollecində Dini-psixoloji komissiya fəaliyyət göstərəcək