×
A
A
A
Sazlamalar

Xəzər dənizində zəlzələ olub

Bakı, 23 fevral, AZƏRTAC
Xəzər dənizində maqnitudası 3,0 olan zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ saat 18:51-də qeydə alınıb. Zəlzələnin ocağı 65 kilometr dərinlikdə yerləşib.

 

Cəmiyyət 2024-02-23 20:04:00