Keniyanın Baş prokuroru "ASAN xidmət"də
Bakı, 23 fevral, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “ASAN xidmət” modelinin tətbiqi istiqamətində digər ölkələr ilə yanaşı Afrika qitəsi dövlətləri ilə də əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə tanış olublar.
Müasir publisistikanın yeni narrativləri və aktual trendləri mövzusunda təlimlərə başlanılıb
Ər-Riyadda keçirilən Regional Sosial Təminat Forumunda niyyət sazişi imzalanıb
“Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar” İctimai Birliyi yaradılıb
Leysan xarakterli yağış fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcək