Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb
Biləsuvar, 23 fevral, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiklər tədbir zamanı rayonun Xırmandalı kəndi ərazisində yerin təkindən qanunsuz istifadə halı müəyyən edilib. Aşkarlanan halla bağlı İnzibati Xətalar Məcəlləsinin 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini polisə könüllü təhvil veriblər.
Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib
Göyçayda sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb