×
A
A
A
Sazlamalar

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb

Bakı, 23 fevral, AZƏRTAC

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından (AAF) AZƏRTAC-a verilən məlumata görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yarışda 150-dən çox gənc atlet iştirak edir.
Birinciliyin açılış mərasimində AAF-ın vitse-prezidenti Firdovsi Umudov idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini qeyd edib, bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiyada başa çatan Avropa çempionatında çıxış edən Dadaş Dadaşbəylinin 3 qızıl medalla çempion olduğunu xatırladıb. Onun bu qələbəsinin gənc nəsil üçün böyük stimul və nümunə rolunu oynayacağına əminliyini ifadə edib.
Yarışda ilk olaraq qızlar körpücük üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kiloqram çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdman 2024-02-23 18:10:00