×
A
A
A
Sazlamalar

Peyvəndləmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur

Qəbələ, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Fevralın 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Peyvəndləmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin, Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Ağsaqqallar Şurasının nümayəndələri, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edənlər peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyinin ağırlaşmalara, hətta qalıcı fəsadlara səbəb ola biləcəyini diqqətə çatdırıb, bir sıra ağır respirator xəstəliklərin vaksinasiyasının Milli Peyvənd Proqramına əsasən, uşaqlıq dövründə ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılmalı olduğunu bildirib, yoluxmanın qarşısını almaq məqsədilə peyvəndləmənin vacibliyini xüsusi vurğulayıblar.
Diskussiya şəraitində davam edən tədbirin sonunda iştirakçılara mövcud vəziyyətlə əlaqədar maarifləndirici bukletlər paylanılıb.

Regionlar 2024-02-23 17:36:00