×
A
A
A
Sazlamalar

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramının uğurunu böyük qürur hissi ilə qeyd edirəm. Güclü əlaqələrimiz və iyirmi ildən artıqdır ki, birgə həyata keçirdiyimiz əməkdaşlıq təşəbbüslərimiz xüsusilə də mədəni dəyərlərin təbliğində və hərbçilərimizin bacarıqlarının artırılmasında mühüm irəliləyişlərə gətirib çıxarıb. Əməkdaşlığımızı daha da dərinləşdirmək və qarşılıqlı inkişafı təşviq etmək yolunda bundan sonra da birgə fəaliyyət göstərəcəyimizə ümid edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,

 

Con Kevin Stitt

Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru

Məktublar 2024-02-23 13:58:00