Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu keçirilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi, ASAP və Bahçeşehir Universitetinin təşkilatçılığı ilə 300 nəfər gəncin iştirak etdiyi “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” adlı forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən Vazeh Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova və Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu (onlayn qoşulma) çıxış ediblər.
Çıxışlarda Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin inkişafı, regionda enerji təhlükəsizliyi, COP29 kimi ətraf mühitlə bağlı beynəlxalq tədbirlərə gənclərin cəlb olunmasının zəruriliyi kimi mövzulardan bəhs olunub.
Spikerlər Azərbaycan-Türkiyə münasibətlərinin regionda geostrateji mahiyyəti, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıb, iştirakçıların suallarını cavablandırıblar.
Forum Bahçeşehir universitetinin professorları Zekeriya Tüzen, Abdullah Ağar, Ebru Canan Sokullu, Yücel Batu Salman, Ahmet Sedat Aybarın iştirakı ilə baş tutan panel-müzakirələrlə davam edib.
Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
Xarkovda Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Sosial Xidmətlər Agentliyinin uşaq evinə infotur təşkil olunub
Vahid Məhkəmə Portalı və onun funksional imkanlarını əks etdirən videotəlimat hazırlanıb
Ehtiyata keçirilən şəxslərin tibbi müayinəyə cəlb edilməsi ilə bağlı yaş həddi azaldılır