×
A
A
A
Sazlamalar

Göyçayda “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında tədbir keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Göyçay şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə şagirdləri məlumatlandırmaq olub.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev məktəblilərlə görüşdə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ətraflı məlumat verib, antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edənlər erkən nikahın fəsadlarından söz açıb, ölkə qanunvericiliyində nikah yaşı, erkən nikahın yaratdığı hüquq pozuntusu və digər məsələlərlə bağlı ətraflı məlumat veriblər.

Cəmiyyət 2024-02-23 12:26:00