×
A
A
A
Sazlamalar

Fikrət Məmmədov: Konstitusiyanın aliliyinin qorunmasına xidmət etmək mənim üçün olduqca şərəfli və məsuliyyətlidir

Bakı, 23 fevral, AZƏRTAC

Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın aliliyinin qorunmasına xidmət etmək mənim üçün olduqca şərəfli və məsuliyyətlidir. Özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib və həmin ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi bərpa olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsinin hakimi təsdiq edilən Fikrət Məmmədov Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasındakı andiçmə nitqində bildirib.
F. Məmmədov qeyd edib ki, hazırda dövlətimizin başçısının rəhbərliyi, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ərazilərimiz sürətlə bərpa olunur. Soydaşlarımız öz doğma torpaqlarına qayıdışın və konstitusion hüquqlarının bərpasının sevincini yaşayırlar. Buna görə də Konstitusiyanın aliliyinin qorunmasına xidmət etməyin mənə nəsib olması həyatımda tarixi əhəmiyyətə malikdir.

Cəmiyyət 2024-02-23 12:06:00