Yağıntılı hava Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək davam edəcək
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qrızda 3, Altıağac, Qubada 1 santimetr olub.
Düşən yağıntının miqdarı Qubada 3, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək olub.
Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.
Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib
Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır
ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək