FHN: Xətai rayonunda məktəbin həyətində baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 21-də paytaxtın Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantılarında yanğın baş verib və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın 0,5 kvadratmetr sahəni əhatə edib, məktəbə, yaxud digər tikililərə ziyan dəyməyib.
Belə halları daim diqqətdə saxlayan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınla bağlı araşdırma aparıb. Məlum olub ki, texniki işçi məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırıb və bununla da yanğın təhlükəsizliyi tələblərini pozub.
Qeyd olunanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub, həmçinin aidiyyəti şəxslərlə yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi istiqamətində maarifləndirici söhbət aparılıb.
DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib
TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub
Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib