×
A
A
A
Sazlamalar

Üzərində “Makarov” tapançası və sursat olan keçmiş məhkum saxlanılıb

Bakı, 23 fevral, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

Cəmiyyət 2024-02-23 10:17:00