Muxtar Babayev Rusiyanın ölkəmizdəki səfiri ilə ətraf mühitin mühafizəsi və COP29-a hazırlıq məsələlərini müzakirə edib
Bakı, 23 fevral, AZƏRTAC
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb
Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür
Əmək, məşğulluq və sosial müdafiə sahələrində qarşıda duran vəzifələr müzakirə edilib
Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib