×
A
A
A
Sazlamalar

ADY Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarın gecikmə səbəbini açıqlayıb

Bakı, 22 fevral, AZƏRTAC

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.
“Azərbaycan Dəmir Yolları”ndan AZƏRTAC-a bildirilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunub.

İqtisadiyyat 2024-02-22 22:09:00