×
A
A
A
Sazlamalar

Biləsuvarda əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Biləsuvar, 22 fevral, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Regionlar 2024-02-22 20:46:00