×
A
A
A
Sazlamalar

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb YENİLƏNİB VİDEO

İsmayıllı, 22 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllıda avtomobil qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.

20:07

AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, rayonun Xanagah kəndindən keçən hissəsində olub. İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan bir sərnişin ölüb, digəri yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Cəmiyyət 2024-02-22 21:55:00

Video