Yasamal rayonunda kafedə baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
19:54
Yasamal rayonu, İzmir küçəsində kafelərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
AZƏRTAC xəbər verir ki, sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırılıb
Azərbaycanda tibb bacısı xidmətinin inkişafı məqsədilə Türkiyə təcrübəsi öyrənilir
COP29 Yaşıl Zonasının ilk tərəfdaşları açıqlanıb
Gürcüstanda ali məktəbə qəbul olan azərbaycanlı abituriyentlərin yarıdan çoxu dövlət qrantı qazanıb