Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair biznes subyektləri ilə məlumatlandırma görüşləri davam etdirilir. Növbəti görüş ölkəmizin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun rəhbəri Anar Kərimov həmin işçi qrupu tərəfindən aparılan işləri diqqətə çatdırıb. Ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması istiqamətlərində atılan addımlar qeyd edilib.
“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı aparılan işlər, əldə olunan nəticələr müzakirə olunub. Əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl fevralın 14-də audit şirkətlərinin nümayəndələri ilə də məlumatlandırma görüşü keçirilib.
Polis zabiti avtomobil qəzasında həlak olub
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...