Cəlil Məmmədquluzadənin xatirəsi Nehrəm qəsəbəsindəki xatirə muzeyində anılıb
Naxçıvan, 22 fevral, AZƏRTAC
Cəlil Məmmədquluzadənin Nehrəm qəsəbəsindəki xatirə muzeyində “Naxçıvan Muxtar Respublikasının 100 illik taleyində öz imzası olan ictimai xadim – Cəlil Məmmədquluzadə” adlı tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə çıxış edərək, bu gün yazıçı-dramaturq, maarifçi-publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 155-ci ildönümünün qeyd edildiyini bildirib. Vurğulayıb ki, geriliyə və cəhalətə qarşı barışmaz mübarizəsi ilə tanınan naşir Azərbaycanda və Şərqdə gender bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.
“Şərq qapısı” qəzetinin əməkdaşı Fariz Əhmədov isə qeyd edib ki, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyan yazıçı çox yerdə “Molla Nəsrəddin” adı ilə tanınıb. Qələmə aldığı bir-birindən maraqlı əsərləri, felyetonları ilə rəngarəng dünyanın həmrəng insanlarına öz rənglərini göstərməklə insanların qəlbində özünə yer tapıb.
Muzeyin direktoru Gülnarə Sadiqova çıxışında bildirib ki, ədib öz vəsaiti hesabına məktəb daxilində tarix-diyarşünaslıq muzeyi yaradıb. Nehrəm kənd məktəbində 7 il müəllim işlədiyi məktəb 1989-cu ildən xatirə muzeyi kimi fəaliyyət göstərir və burada qorunub saxlanan 1126 eksponatdan 641-i ekspozisiyada sərgilənir. Bununla bərabər, muzeydə ədibin özünə və ailə üzvlərinə aid əşyalar, fotoşəkillər və digər nümunələr nümayiş olunur.
Sonra muzey əməkdaşları ədibin məqalə və felyetonlarını bədii qiraət edib, muzey ekspozisiyasına baxış olub.
Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb
Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar
Naxçıvanda Bahar festivalı keçirilir
Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub