×
A
A
A
Sazlamalar

Cəlilabadda daşınmaz əmlakla bağlı vətəndaşlarla görüş keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Cəlilabadda Cəlilabad, Biləsuvar, Yardımlı və Masallı rayonlarının sakinləri ilə görüşüb. Görüşdə 61 vətəndaş iştirak edib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bəzi məsələlər həllini dərhal tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub.

İqtisadiyyat 2024-02-22 17:50:00