×
A
A
A
Sazlamalar

“Qlobal Koreya” təqaüd proqramı ilə təhsil imkanı

Bakı, 22 fevral, AZƏRTAC

Koreya Respublikası 2024-2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, magistratura, doktorantura, həmçinin tədqiqat sahəsi üzrə elan olunan proqram müxtəlif ixtisas istiqamətlərini əhatə edir. Proqramda iştirak etmək istəyən şəxslər martın 5-dək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Təqaüd proqramı haqqında əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür.

Elm və təhsil 2024-02-22 16:04:00