×
A
A
A
Sazlamalar

Paytaxtın Nizami rayon ərazisində oğurluqda və soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 22 fevral, AZƏRTAC

Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Məmixan Məmmədov, Sadiq Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb.
Həmçinin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamaqda şübhəli bilinən Alışan Mehbalıyev müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.

Cəmiyyət 2024-02-22 11:10:00