×
A
A
A
Sazlamalar

Polis əməkdaşları odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri davam etdirirlər

Bakı, 22 fevral, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silah, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 21-də ümumi çəkisi 3,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

 

Cəmiyyət 2024-02-22 09:41:00