×
A
A
A
Sazlamalar

Bakının bəzi yollarında sıxlıq müşahidə edilir SİYAHI

Bakı, 22 fevral, AZƏRTAC

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
7. "20 Yanvar" dairəsində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
11. Badamdar şosesi, mərkəz istiqamətində;
12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.

Cəmiyyət 2024-02-22 08:41:00