×
A
A
A
Sazlamalar

Nevroloq: Böyümə və inkişaf mərhələləri uşaqların yaşına uyğun olmalıdır

Bakı, 22 fevral, AZƏRTAC

Uşaqlar davamlı böyümə və inkişaf prosesindədirlər. Bu prosesdə uşağın böyümə və inkişaf mərhələləri onun yaşına uyğun olmalıdır. Bu zaman ləngimə və ya fasilə olarsa, pediatra müraciət edilməlidir.
AZƏRTAC uşaq nevroloqu professor Dr.Dilarə Füsun İçağasıoğlunun mövzu ilə bağlı məsləhətlərini təqdim edir.
Boy, çəki, baş ətrafı və böyümə nisbətləri inkişafın izlənməsində əsas hissələrdir. Həmin ölçmələrin müntəzəm olaraq izlənilməsi lazımdır. Nevroloji inkişaf genetik quruluşla yanaşı, qidalanma, hormonlar, ətraf mühit və xəstəliklərdən də təsirlənir. Uşaqlar ana bətnindən başlayaraq yeniyetməlik dövrünə qədər davam edən böyümə və inkişaf prosesindədirlər. Onların sağlamlıq vəziyyəti bu prosesin istənilən nöqtəsində pisləşə bilər. Bu, böyümə və inkişafı ləngidə, hətta dayandıra bilər. Əgər körpə hələ 18-ci ayda yerimirsə, uşaq nevroloquna müraciət olunmalıdır. Böyümə sürəti hər uşaqda və müxtəlif yaş dövrlərində fərqli olur. Ancaq bu ölçmələrdə aşkar edilən anormal dəyərlər - böyümə geriliyi və ya böyümənin dayanmasının göstəricisi ola bilər. Həmin proses müddət ərzində yoxlanılır, uşağın nevroloji müayinəsi edilir. Bu zaman, əsasən nevroloji inkişaf mərhələləri qiymətləndirilməlidir.
Körpənin mərkəzi sinir sistemi ilə birlikdə ünsiyyət, yaddaş, diqqət və dil inkişafı kimi idrak xüsusiyyətlərində, başını dik tutmaq, oturmaq və yerimək kimi fiziki bacarıqlarda da bütövlükdə irəliləyiş olmalıdır. Sağlam körpələrin nevroloji inkişafı yalnız genlər tərəfindən qurulan bir proses deyil. Genetik quruluşun yanında qidalanma, hormonlar, yaşayış mühiti və xəstəliklər də təsirlidir.

Cəmiyyət 2024-02-22 07:09:00