Çempionlar Liqası: Neapolda qollu heç-heçə, "Arsenal" "Portu"ya uduzub
Bakı, 22 fevral, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.
Portuqaliya “Portu”su doğma meydanda İngiltərənin “Arsenal” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Qaleno vurub.
Digər matçda isə İspaniya “Barselona”sı İtaliyada “Napoli”nin qonağı olub. Neapoldakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Hesabı 60-cı dəqiqədə Robert Levandovskinin vurduğu qolla qonaqlar açıblar. Meydan sahiblərinin heyətində isə 75-ci dəqiqədə Viktor Osimxen fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 12-də oynanılacaq.
Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Avropa çempionatı: Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirib
Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir
Azərbaycanlı UEFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb