Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək
Bakı, 22 fevral, AZƏRTAC
Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Musiqili Uşaq Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Filarmoniyanın balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 85 illiyi qeyd edilib
Reza Deqatinin dünyaya çatdırdığı həqiqət – 20 Yanvar
Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib