Tədqiqat: Qadınlar müntəzəm idmanın faydalarını kişilərdən daha çox görürlər
Bakı, 22 fevral, AZƏRTAC
Qadınlar kişilərə nisbətən müntəzəm idmandan daha çox fayda görürlər.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ABŞ alimləri araşdırma aparıblar.
Tədqiqatçılar fiziki fəaliyyətdə kişi və qadın fərqlərinin olub-olmadığını müəyyən etmək üçün 1997-2017-ci illər arasında Milli Sağlamlıq Müsahibə Sorğusuna qatılan 412 mindən çox insanın məşq vərdişlərini araşdırıblar. Onlar kişilərin qadınlarla eyni səviyyədə müntəzəm idmandan faydalanmasını təmin etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu müəyyən ediblər və qadınların həftədə 140 dəqiqə məşq etməsinin kişilərin 300 dəqiqə ərzində eyni səviyyədə məşq etməsinə bərabər olduğunu bildiriblər. Araşdırmanın nəticəsi, həmçinin müəyyən edib ki, müntəzəm idman edən qadınların ürək-damar xəstəlikləri, infarkt və ya insultdan ölmə riski 36 faiz, müntəzəm idman edən kişilərdə isə bu nisbət 14 faiz aşağıdır. Bundan başqa, yoxlanılan illərdə nizamlı olaraq idman edən qadınların ölüm riskinin etməyənlərə nisbətən yüzdə 24 daha az olduğu, kişilərdə isə bu nisbətin yüzdə 15 olduğu bildirilib.
Tədqiqat “Journal of the American College of Cardiology” jurnalında dərc olunub.
COP16 çərçivəsində ümumi dəyəri 225 milyon Səudiyyə rialı olan beş yeni təşəbbüs təqdim edilib
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ətraf mühitlə bağlı əməkdaşlıq imkanları müzakirə olunub
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verilib
Nazir: Azərbaycanla Qvineya-Bisau arasında qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir