“Liverpul” məğlub duruma düşdüyü oyunda inamlı qələbə qazanıb
Bakı, 22 fevral, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXVI tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Çempionluq uğrunda mübarizə aparan "Liverpul" öz meydanında "Luton"u qəbul edib. Görüş Mersisayd təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 4:1.
Hesabı 12-ci dəqiqədə qonaqlar açıblar. Çidozi Oqbene adını tabloya yazdırıb. İlk hissə "Luton"un minimal üstünlüyü ilə yekunlaşıb. Amma ikinci hissəyə sürətli başlayan meydan sahibləri rəqibin qapısından 4 qol keçirərək inamlı qələbə qazanıblar. "Qırmızılar"ın heyətində qolları Vircil Van Deyk, Kodi Qakpo, Luis Dias və Harvi Elliott vurublar.
Bu qələbədən sonra xallarını 60-a çatdıran "Liverpul" ilk pillədəki mövqeyini möhkəmlədib. 20 xalı olan "Luton" isə 18-ci sırada qərarlaşıb.
“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
“Sumqayıt” Vaqif Cavadovla yollarını ayırıb
Xabi Alonsonun “Real Madrid” ilə bağlayacağı müqavilənin müddəti məlum olub