×
A
A
A
Sazlamalar

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Bakı, 22 fevral, AZƏRTAC

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması istiqamətində növbəti tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Cəmiyyət 2024-02-22 00:49:00