Filippində avtomobilin dərəyə aşması 15 nəfərin ölümünə səbəb olub
Pekin, 21 fevral, AZƏRTAC
Filippinin Neqros Orinetal vilayətində fermer təsərrüfatının işçilərini daşıyan yük avtomobilinin dərəyə aşması nəticəsində 15 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
AZƏRTAC Filippin mediasına istinadla xəbər verir ki, hadisə Mabinay qəsəbəsi ərazisində günorta saatlarında baş verib. Polisin məlumatına əsasən sürücünün idarəetməni itirməsi nəticəsində yük avtomobili aşaraq, təxminən 50 metr dərinlikdəki dərəyə düşüb.
Sosial şəbəkələrdə yayılan videolarda qəza yerinə səpələnmiş meyitlər görünür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Türkiyədə iki il istifadə olunmayan əkin sahələri dövlət tərəfindən icarəyə veriləcək
Zimbabve hökuməti 200 filin məhvinə göstəriş verib
Ermənistanda Qərbi Nil qızdırmasından dörd nəfər ölüb