Yevlaxda keçirilən əmək yarmarkasında 116 vakansiya təqdim edilib
Yevlax, 21 fevral, AZƏRTAC
Yevlax şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil edilib. Şəhər icra hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutan məşğulluq tədbirində 10 işəgötürən tərəfindən 116 vakansiya təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada iştirak edən şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var. Bundan başqa, müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.
Ötən il Qəbələyə gələn xarici turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib
Bərdədə 11 min hektardan çox sahədə taxıl səpilib
Xaçmaz məktəbliləri arasında keçirilən məntiq yarışının qalibləri mükafatlandırılıb
Tərtərdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 32 mindən çox ağac əkilib