×
A
A
A
Sazlamalar

Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla görüş keçirilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük proseduru haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85 faiz, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77 faiz artım müşahidə edilib. Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.
Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

İqtisadiyyat 2024-02-21 19:15:00