×
A
A
A
Sazlamalar

Türkiyə Superkuboku: “Qalatasaray”–“Fənərbağça” oyununun vaxtı açıqlanıb

Bakı, 21 fevral, AZƏRTAC

Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunun vaxtı açıqlanıb.
AZƏRTAC Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Superliqanın son çempionu “Qalatasaray”la ölkə kubokunun qalibi “Fənərbağça” arasındakı matç aprelin 7-də keçiriləcək.
Şanlıurfada oynanılacaq qarşılaşma Türkiyə vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməli olan Superkubok matçı təşkilatçılıqla bağlı çatışmazlıqlar səbəbindən təxirə salınıb.

İdman 2024-02-21 18:50:00