×
A
A
A
Sazlamalar

Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib.
Fevralın 21-də ölkəmizdə səfərdə olan Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivlərinə toxunaraq, gələcəkdə bu əlaqələrin daha da gücləndiriləcəyini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Keniyanın Baş prokuroru Renson İnqonqa ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilməsindən məmnun olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Cəmiyyət 2024-02-21 18:48:00