“Azerbaijan Poultry Company” MMC xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərəcək
Bakı, 21 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə “Azerbaijan Poultry Company” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqlara həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlər barədə məlumat verib və vətəndaşların xidmətlərə əlçatanlığının daha da yüksəldilməsi, xidmət şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırılıb.
Qeyd edilib ki, agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra dövlət və özəl təşkilatlarla əməkdaşlıq edir və həmin əməkdaşlıqlar sosial tərəfdaşları vasitəsilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial dəstək tədbirləri ilə əhatə olunmasına töhfə verir.
“Azerbaijan Poultry Company” MMC-nin direktoru Pərviz Hacıyev bildirib ki, “LU-MUN Holdinq” MMC-nin 4 törəmə təsərrüfat cəmiyyətlərindən biri olan Azerbaijan Poultry Company 2012-ci ildən fəaliyyətə başlayaraq bazarda “Mərcan” toyuq və toyuq məhsulları brendi ilə tanınıb. Şirkətin prioritet hesab etdiyi Sosial Korporativ Məsuliyyət prinsipi çərçivəsində əsas fəaliyyətlərindən biri də xüsusi diqqət və qayğıya ehtiyac duyan həssas qrupa aid insanlara mütəmadi yardımların göstərilməsidir. Bununla yanaşı kimsəsiz uşaqların gələcəyə hazırlanması, cəmiyyət üçün faydalı vətəndaş olması sahəsində işlər aparılır.
Memoranduma əsasən tərəflər növbəti bir il ərzində təcrübəli kadrların yetişdirilməsi və inkişafı məqsədilə birgə fəaliyyətlər icra edəcək, həmçinin qarşılıqlı maraq kəsb edən mövzularda təlimlər, seminarlar və digər proqramları icra edəcəklər.
Əməkdaşlıq çərçivəsində Azerbaijan Poultry Company Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli uşaq evinin bir qrup sakini üçün “Barista” kursları təşkil edəcək. Peşə təliminin yekununda 15-17 yaşlı 12 uşaq barista bacarıqlarına yiyələnərək sertifikatla təmin ediləcək, gələcəkdə işlə təmin olunma imkanı qazanacaqlar.
Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib
Bakıxanov qəsəbəsində lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
AQTA sədri sahibkarların müraciətlərini dinləyib
Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb VİDEO