Qazaxıstan istehsalı olan azot mineral gübrələri Avropaya Azərbaycanın Hövsan limanı vasitəsilə göndəriləcək
Bakı, 21 fevral, AZƏRTAC
“Kazazot” ASC tərəfindən istehsal olunan ammonium nitratın ilk partiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta dəhliz) ilə Qazaxıstanın Aktau limanından ixrac edilib.
AZƏRTAC “Aktau Dəniz Ticarət Limanı” ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Türküstan” gəmisi (“Kazmortransflot” MMC) üç min ton mineral gübrə qəbul edib. Bu ilin sonuna qədər istehsalçı ən azı 16 belə gəmi yükü göndərilməsini təmin edəcək.
Qazaxıstanın yeganə azot mineral gübrə istehsalçısının yükü dəniz yolu ilə əvvəlcə Azərbaycanın Hövsan limanına, daha sonra isə Gürcüstanın Batumi limanı vasitəsilə Avropa və dünya bazarlarına çatdırılacaq.
“Kazazot” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, 2024-cü ildə Poti və Batumi limanlarına TBNM üzrə 50 min tondan çox ammonium nitratın göndərilməsi planlaşdırılır.
Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib
Rusiyadan İrana çəkiləcək qaz kəməri Azərbaycandan keçəcək
Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib
® “Ziraat Bank Azərbaycan” 10 illiyi münasibətilə 10-cu filialını açıb