×
A
A
A
Sazlamalar

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, iri dövlət şirkətlərinin gəlirlərin və xərclərin proqnozlaşdırılmasına və icrasına nəzarətin daha da gücləndirilməsi, xərclərin optimallaşdırılması və səmərəlilik göstərici-lərinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdiril-məsi ilə bağlı qəbul olunmuş normativ hüquqi aktların icrasından irəli gələn məsələlərin həlli məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2249 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısı” yeni redaksiyada verilsin (əlavə olunur).

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 fevral 2024-cü il

№ 93

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 20 fevral
tarixli 93 nömrəli Qərarı ilə
yeni redaksiyada verilmişdir.
 
Gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və
icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin
SİYAHISI



1. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.
2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti.
3. Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumlar (“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs).
5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar (“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti).

 

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2024-02-21 17:55:00