×
A
A
A
Sazlamalar

Avropa çempionatında üç qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Vətənə dönüb

Bakı, 20 fevral, AZƏRTAC

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dadaş Dadaşbəyli toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

İdman 2024-02-20 22:40:00