×
A
A
A
Sazlamalar

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ötən illər ərzində Sizinlə və Azərbaycan hökuməti ilə əməkdaşlığımızdan məmnun olmuşuq. Dünya Bankı Qrupu ölkənin 2022-2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyasında əksini tapmış əsas strateji prioritetlərin həyata keçirilməsində Sizi dəstəkləməyə sadiqdir. Biz bütün Azərbaycan vətəndaşlarının faydalanacağı investisiya siyasətinin hazırlanması və həyata keçirilməsində hökumətinizə yardım üçün qlobal təcrübəmizi bölüşməyə hazırıq.
Son onillik ərzində Azərbaycan öz inkişafında mühüm nəticələr əldə edib. Ölkənin iqtisadiyyatının şaxələndirilməsi, neft və qaz sektorundan asılılığın azaldılması məqsədilə hərtərəfli islahatların həyata keçirilməsi ilə bağlı öhdəliyinizi yüksək qiymətləndirirəm. Mən, həmçinin Sizi Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə və bununla da iqlim fəaliyyətinə dair qlobal diskursun formalaşmasına kömək etməyə hazır olduğunuzu nümayiş etdirdiyinizə görə təbrik edirəm.
Sizə yeni Prezident mandatınızda uğurlar arzulayıram və əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm.
Səmimiyyətlə,

 


Antonella Bassani
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti

Məktublar 2024-02-20 18:59:00