×
A
A
A
Sazlamalar

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Zuhair Əlhartidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Kral Abdulla bin Əbdüləziz Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırıram. Sizin liderliyiniz və uzaqgörənliyiniz ölkənizi firavanlığa və sülhə doğru aparmaqda əhəmiyyətli rol oynayıb. Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının Sizə olan inam və etimadını nümayiş etdirir.
Azərbaycanın Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinə dəstəyi çox böyükdür. Ölkənizin sülh və dialoq dəyərlərinin təşviqinə sadiqliyi bizim missiyamızla üst-üstə düşür. Biz müxtəlif cəmiyyətlər arasında anlaşmanın və əməkdaşlığın inkişafı istiqamətində böyük nailiyyətlər əldə etmişik.
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin bütün üzvləri seçkilərdə qələbəniz münasibətilə mənimlə birlikdə Zati-alinizi təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzulayırlar. Əməkdaşlığımızı daha da möhkəmləndirməyi, sülh, dialoq və anlaşma kimi ortaq məqsədlərimiz naminə Azərbaycan hökuməti ilə sıx işləməyi səbirsizliklə gözləyirik.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı bildiririk.
Dərin hörmətlə,

 


Zuhair Əlharti
Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası
Dialoq Mərkəzinin (KAICIID) Baş katibi

Məktublar 2024-02-20 17:11:00