Azərbaycanın turizm potensialı Braziliya mətbuatında işıqlandırılıb
Bakı, 20 fevral, AZƏRTAC
Braziliyanın “mundoeturismo.com” saytında Azərbaycanın, xüsusilə paytaxt Bakının turizm potensialından bəhs edən “Bakı - Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi” başlıqlı məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə sivilizasiyaların qovşağında yerləşən, zəngin və qədim mədəniyyəti, gözəl təbiəti ilə seçilən Azərbaycanın mütləq ziyarət edilməli ölkələr siyahısına daxil edilməsinin önəmi vurğulanıb.
Məqalədə, həmçinin 1967-ci ildə əsası qoyulmuş, bükülmüş xalça formasında inşa olunmuş unikal memarlıq abidəsi sayılan Xalça Muzeyi, eləcə də İraq əsilli britaniyalı memar Zaha Hadidin layihəsi əsasında futuristik memarlıq üslubunda inşa olunmuş Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib.
Braziliyalı oxuculara ölkəmizin görməli yerlərini, o cümlədən Bakı Dövlət Sirkini, Şirvanşahlar saray kompleksini, Bakı Funikulyorunu, Atəşgah məbədini, Miniatür Kitab Muzeyini, Qobustan palçıq vulkanlarını və “Diri-Baba” məqbərəsini ziyarət etmək tövsiyə olunub.
Məqaləni bu keçiddən oxumaq mümkündür.
Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb
“Səma xanımı” filmi təqdim olunub
Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub