"Komando başlanğıc kursu"nda praktiki məşğələlər yerinə yetirilir
Bakı, 20 fevral, AZƏRTAC
Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşğələlər zamanı hərbi qulluqçular öyrəndikləri nəzəri biliklərini təlim sahəsində praktiki tapşırıqları icra etməklə möhkəmləndirirlər.
Plana əsasən, kurs iştirakçıları şərti düşmən hədəflərinin aşkar olunaraq atıcı silahlardan dəqiq atəşlə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən "Komando başlanğıc kursu"nda məşğələlər müasir döyüş üsulları nəzərə alınmaqla tədris olunur.
Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat
Azərbaycan Ordusunun mövqeləri gecə ərzində müxtəlif istiqamətlərdən atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO