×
A
A
A
Sazlamalar

Bakıda “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilir

Bakı, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilir.
AZƏRTAC xəbər verir ki, nəşr Prezident Kitabxanasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak edirlər.
Qeyd edək ki, Qafqaz diyarı XVIII əsrdən başlayaraq Rusiya İmperiyasının hakimiyyəti altında olub. Bu ərazi Şərqdən Qara dəniz və Xəzər dənizi, Cənubdan Türkiyə və İran, Şimaldan Avropa Rusiyası ilə həmsərhəd idi. Qafqaz diyarının mərkəzi Tiflis şəhəri olub və canişinlik burada yerləşirdi.

Cəmiyyət 2024-02-20 11:25:00