×
A
A
A
Sazlamalar

Ülvi Mehdiyev: Dövlət Agentliyi tərəfindən ümumilikdə 438 xidmət qiymətləndirilib

Bakı, 20 fevral, AZƏRTAC

“Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 438 dövlət xidməti qiymətləndirilib”.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə nəticələrinin təqdimat mərasimində deyib. O qeyd edib ki, qiymətləndirmənin əsas məqsədi dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsidir.

Cəmiyyət 2024-02-20 11:06:00